Bakı. 3 iyun. REPORT.AZ/
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Layihənin məqsədi "Bakı 2015" I Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir.
Layihənin vəzifələri Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərimizə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılması ilə bağlı tədbirin keçirməsidir.
Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlağayı, zinət əşyaları, suvenir kuklaları və şiriniyyatı arasında olan əlaqələlər, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir ediləcək.
"Əsrlərin Yaddaşı" adlı promovideonun təqdimatı iyunun 4-də saat 15.00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muğam Klubunda keçiriləcək.