Azərbaycan İrana oxşar mədəni irs elementlərininin YUNESKO-ya birgə təqdim olunmasını təklif edib

Azərbaycan İrana oxşar mədəni irs elementlərininin YUNESKO-ya birgə təqdim olunmasını təklif edib Mədəniyyət və turizm ​naziri Əbülfəs Qarayev İranın vitse-prezidentini Bakıya dəvət edib
Mədəniyyət siyasəti
29 May , 2015 14:51
Azərbaycan İrana oxşar mədəni irs elementlərininin YUNESKO-ya birgə təqdim olunmasını təklif edib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni irs, Turizm və Əl işləri Təşkilatının rəhbəri Məsud Sultanifərlə görüşüb. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Xorvatiyanın Rovinj şəhərində keçirilən görüşdə İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrində əməkdaşlığın əhəmiyyəti müzakirə olunub. 

Görüş zamanı mədəni irs sahəsində oxşar elementlərin YUNESKO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkili təklif olunub.

Ə.Qarayev həmçinin turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidentini Bakıya dəvət edib. O, yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacağını bildirib. 

Qeyd edək ki, Ə.Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında iştirak edib. 

Son xəbərlər

Orphus sistemi