Azərbaycan​ Hyustonda keçirilən türk festivalında təmsil olunub

Azərbaycan​ Hyustonda keçirilən türk festivalında təmsil olunub İki gün davam edən festivala qatılan əcnəbələrin sayı 10 mini ötüb
Mədəniyyət siyasəti
17 Noyabr , 2015 14:23
Azərbaycan​ Hyustonda keçirilən türk festivalında təmsil olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ "Türk-Amerikan Dərnəyi- Hyuston" (ATA -Houston) tərəfindən ABŞ-ın Texas ştatının Hyuston şəhərinin mərkəzində iki gün türk festivalı keçirilib.

"Report" xəbər verir ki, bu haqda "Turkishny" saytı məlumat yayıb.

Məlumata görə, hər il keçirilən tədbirə bu il rekord sayda insan qatılıb. Xəbərdə bildirilib ki, çoxu amerikalı olmaqla festivala qatılan əcnəbələrin sayı təxminən 10 mini ötüb. 

Festivalda Türkiyə ilə yanaşı Azərbaycan, Pakistan, Fələstin, Ukrayna, Rusiya, Livan və Brazilyanın köşələri açılaraq, milli yemək və geyimləri nümayiş etdirilib.

Tədbirdə Türkiyənin tanınmış sənət adamları çıxış edib.

İki gün davam edən festivala Texas ştatının sakinləri böyük maraq göstərib.

Son xəbərlər

Orphus sistemi