Azərbaycanın gənclər və idman naziri Köçərilərin II Ümumdünya Oyunlarının açılışına qatılacaq

Azərbaycanın gənclər və idman naziri Köçərilərin II Ümumdünya Oyunlarının açılışına qatılacaq Oyunlar sentyabrın 3-8-də İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək
Mədəniyyət siyasəti
30 İyun , 2016 16:56
Azərbaycanın gənclər və idman naziri Köçərilərin II Ümumdünya Oyunlarının açılışına qatılacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Qırğızıstanda keçiriləcək Köçərilərin II Ümumdünya Oyunlarının açılış mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun iştirak edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib.

Qeyd edək ki, Oyunlar sentyabrın 3-8-də İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək. Oyunlarda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan, Çin və Rusiya Federasiyasının 10-dan çox subyektinin nümayəndələri iştirak edəcək. Ümumilikdə 50-dən çox ölkəyə yarışlarda iştirakla bağlı dəvət göndərilib.

Son xəbərlər

Orphus sistemi