Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr olunmuş konsert keçiriləcək

Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr olunmuş konsert keçiriləcək Konsert xalq artisti Rauf Abdullayevin rəhbərliyilə baş tutacaq
Mədəniyyət siyasəti
26 May , 2016 06:25
Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr olunmuş konsert keçiriləcək

Bakı. 26 may. REPORT.AZ/ M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 may Respublika gününə həsr olunmuş konsert keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, may ayının 27-də yəşkil olunacaq konserti saat 19:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbi təşkil edib.

Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə baş dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyilə baş tutacaq.

Konsertdə məktəbin şagirdlərinin ifasında Niyazi, H.Rzayev, V.Adıgözəlov, M.Maqomayev, F.Doppler, F.Kreysler, F.Mendelson, A.Prior kimi bir çox Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Son xəbərlər

Orphus sistemi