Azərbaycan Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcək

Azərbaycan Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcək Sessiya sentyabrın 12-dən 17-dək Kolumbiyanın Medellin şəhərində keçiriləcək
Mədəniyyət siyasəti
8 Sentyabr , 2015 14:18
Azərbaycan Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci Sessiyası keçiriləcək.

"Report" xəbər verir ki, sessiya sentyabrın 12-dən 17-dək olacaq.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Tədbirdə, həmçinin Azərbaycanın Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov və Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin rəhbəri Nahid Bağırov da qatılacaq.
Qeyd edək ki, 2013-cü ildə BMÜTT Baş Assambleyasının 20-ci Sessiyası zamanı Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub. Bunun nəticəsi olaraq, Şuranın iclaslarında və məsələlərin müzakirəsində ölkəmiz səsvermə hüququ ilə iştirak etməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi