AYB-nin Qubadlı bölməsinin adı dəyişdirilib

AYB-nin Qubadlı bölməsinin adı dəyişdirilib Azərbaycan Yazıçılar Birliyində katibliyin növbəti toplantısı keçirilib.
Mədəniyyət siyasəti
14 İyun , 2023 16:33
AYB-nin Qubadlı bölməsinin adı dəyişdirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinin adı dəyişdirilib

Bu barədə "Report"a AYB-dən məlumat verilib.

Bildirilib ki, Birliyin katibliyin növbəti toplantısı keçirilib. Gündəlikdəki məsələlərin müzakirəsi zamanı Birliyin Qubadlı bölməsinin adının dəyişdirilməsi təklifi səsləndirilib. Təklif müzakirə edilib və səsə qoyulub.

Yeni qərara əsasən, Birliyin Qubadlı bölməsi bundan sonra Şərqi Zəngəzur bölməsi adlandırılacaq.

Son xəbərlər

Orphus sistemi