Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 26-sı Avropa dillər günü kimi qeyd olunur. "Report" xəbər verir ki, ölkəmizdən uzaqlarda dil və mədəni irsimizə dair silsilə tədbirlər təşkil edən, Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” də Avropa dillər gününə həsr olunmuş bayrama qatılıb.
“Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva tədbiri açaraq Ana dilimiz, onun tarixi və inkişafı, eləcə də zəngin mədəniyyətimiz haqqında geniş məlumat verib.
Azərbaycan dili və mədəniyyəti ilə yaxından maraqlanan dinləyicilərin sualları cavablandırılıb.
Sonda Heydər Əliyev Fondunun ölkəmizin tarixi və mədəniyyətinə dair nəşrləri iştirakçılara hədiyyə edilib.
Xatırladaq ki,