Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Hollivudda nümayiş olunub.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, bu, "Arşın mal alan" filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb.
Film Hollivudun ən qədim kinoteatrlarından olan “Ricardo Montalban” kinoteatrında təqdim edilib.
Qeyd edək ki, nümayişdə həmin filmin 2013-cü ildə
Filmin nümayişindən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Arşın mal alan” filmi barədə məlumat verib. Baş konsul hələ 2001-ci ildə ulu öndər Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib. Diplomat Azərbaycanın birinci xanımı
Sonra çıxış edən Rəşid Behbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb.
Çıxışlardan sonra film nümayiş etdirilib. Nümayişdə Los-Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los-Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı iştirak edib.