Alim Qasımov Sinqapurda beynəlxalq konsertdə çıxış edəcək

Alim Qasımov Sinqapurda beynəlxalq konsertdə çıxış edəcək Aprelin 17-də onun "Odlar yurdundan səslər: Azərbaycan muğamları və aşıqları" adlı konserti baş tutacaq
Mədəniyyət siyasəti
11 Aprel , 2016 10:04
Alim Qasımov Sinqapurda beynəlxalq konsertdə çıxış edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ Aprelin 15-dən 17-dək Sinqapurda "Esplanade" teatrında "Müqəddəs musiqi qobeleni" adlı beynəlxalq konsert keçiriləcək. "Report" "Straits Times"a istinadən xəbər verir ki, bu konsertdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan və Türkiyədən musiqiçilər və incəsənət nümayəndələri iştirak edəcək.

Aprelin 17-də "Esplanade" teatrında Azərbaycanın dünya şöhrətli xanəndəsi, xalq artisti Alim Qasımovun çıxışı baş tutacaq. O, qızı Fərqanə ilə birlikdə "Odlar yurdundan səslər: Azərbaycan muğamları və aşıqları" adlı konsert proqramı ilə çıxış edəcək. Qasımovlar klassik Azərbaycan xalq musiqisi - muğam ifa edəcək.

Son xəbərlər

Orphus sistemi