Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin xüsusi diplomu ilə təltif olunub

Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin xüsusi diplomu ilə təltif olunub Bakıda “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib
Mədəniyyət siyasəti
23 May , 2016 21:50
Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin xüsusi diplomu ilə təltif olunub

Bakı. 23 may. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzində görkəmli Misir yazıçısı, müsəlman yazarlarının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun Azərbaycanda ilk dəfə işıq üzü görən “Bildirçin və payız” kitabının təqdimat mərasimi keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Misir Mədəniyyət Мərkəzinin direktoru Əhməd Sami Elaydi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son iki ildə ədəbi mübadilələr istiqamətində gördüyü işlərdən, qarşılıqlı layihələrindən danışıb.

Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud Mərkəzin dünya ölkələri ilə qurduğu ədəbiyyat mübadilələrindən, gələcək layihələrdən söz açaraq deyib ki, bu gün dünya gərgin zaman və hadisələr burulğanları yaşamaqdadır: "Müharibələr, terror, qaçqınlıq, siyasi, sosial ədalətsizlik bəşəriyyəti çıxılmazlıqlarla üz-üzə qoyub. Bütün bu hadisələr fonunda ədəbiyyata, bədii sözə, fikrə üz tutulması, pənah gətirilməsi insanlıq üçün bir xilasdır".

Tədbirin sonunda kitabın ərsəyə gəlməsində xidmətlərinə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Misir Ali Təhsil Nazirliyinin xüsusi diplomu, əsərləri orijinaldan Azərbaycan dilinə tərcümə edən gənc tərcüməçi Şahin Ələskərov isə Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi