Yuxuda xoruldayan insanlar qəza törətməyə daha çox meyilli olur

Yuxuda xoruldayan insanlar qəza törətməyə daha çox meyilli olur Xorultu artıq çəkili insanlarda daha çox rast gəlinir
Maraqlı
20 İyul , 2015 10:08
Yuxuda xoruldayan insanlar qəza törətməyə daha çox meyilli olur

Bakı. 20 iyul. REPORT.AZ/ Yuxuda xoruldayan insanlar qəza törətməyə daha çox meyilli olur. "Report" xarici mətbuata istinadən xəbər verir ki, xoruldayan insanlar yuxuda dincəlmədiyi üçün yola çıxarkən bütün diqqətləri dağılır və bu da nəticədə qəzaya səbəb olur.

Mütəxəssislər bildirir ki, xoruldamanı heç də adi qəbul etmək lazım deyil. Hətta xoruldamağa görə bir çox ailə travmaları yaşanır. Eyni zamanda, xoruldamaq yol-nəqliyyat hadisələrinə, yaddaşsızlığa, hətta psixi pozğunluğa belə səbəb olur.

Xoruldayan və tənəffüs problemi olan insanların yuxuya daha çox meyilli olduğuna bildirən mütəxəssislər əlavə edib ki, bu cür insanlar enerjilərini xoruldamağa verdiyinə görə yuxuda belə dincəlmirlər: "Buna görə də bədəndə güc qalmır və sükan arxasında özlərini itirirlər, bu da yol qəzalarına səbəb olur".

Həmçinin, xorultu artıq çəkili insanlarda daha çox rast gəlinir. Buna görə də xoruldayan insanlara arıqlamaq məsləhət görülür. 

Son xəbərlər

Orphus sistemi