​"YouTube" yeni dizaynı sınaqdan keçirir

​"YouTube" yeni dizaynı sınaqdan keçirir Axtarış xətti və menyu düyməsi "Google"nin başqa proqramlarında olduğu kimi aydın görünəcək
Maraqlı
2 May , 2016 01:10
​YouTube yeni dizaynı sınaqdan keçirir

Bakı. 2 May. REPORT.AZ/ "YouTube" saytın yenilənmiş dizaynını yoxlayır. "Report"un məlumatına görə, bu haqda "Android Police" xəbər yayıb.

Xəbərdə bildirilir ki, yeni versiyanın dəyişdirilmiş dizaynı hazırda istifadəçilərin kiçik qrupu arasında sınaqdan keçirilir.

Qeyd olunur ki, axtarış xətti və menyu düyməsi "Google"nin başqa proqramlarında olduğu kimi aydın görünəcək. Amma videonun yükləməsi düyməsi əqrəb işarəsi ilə əvəz ediləcək.

Həmçinin "YouTube"un ümumi görünüşü də dəyişəcək. 

Son xəbərlər

Orphus sistemi