Yəməndə silahları meyvə-tərəvəz kimi satırlar

Yəməndə silahları meyvə-tərəvəz kimi satırlar Burada adambaşına 2-dən çox silah düşür
Maraqlı
15 Noyabr , 2014 17:39
Yəməndə silahları meyvə-tərəvəz kimi satırlar
Bakı. 15 noyabr. REPORT.AZ/ Yəməndə vətəndaşlarda mövcud olan silahların sayı 60 milyona çatıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı rəsmi statistikada bildirilib.

Xəbərdə qeyd edilib ki, son zamanlar silahlı qruplaşmaların hakimiyyət qurmaq istədikləri bu ölkədə iqtisadi böhran müşahidə olunsa da, silah satışında artım nəzərdən yayınmayıb: "Ona görə də hazırda 25 milyon əhalisi olan Yəməndə silahlı qarşıdurmaların sayının daha da artacağı istisna olunmur. Çünki ölkədə adambaşına 2-dən çox silah düşür. Eyni zamanda, bu işi ticarətə çevirənlər də az deyil. Silah satışının həyata keçirildiyi yer olan Çuhanə əyalətindəki bazarda bu işlə məşğul olan satıcılar satışı açıq şəkildə edirlər. Hətta elə ərazilər var ki, orada silahları meyvə-tərəvəz kimi satırlar. Hökumət rəsmiləri isə silah satışındakı artımı təbii qarşılayır. Onlar bunu ölkədəki vəziyyətlə əlaqələndirirlər". 

Silah satışı ilə məşğul olan tacir Abdüsselam əl-Məcid bildirib ki, yəmənlilər tapança və tüfəng almaqda olduqca maraqlıdırlar: "ABŞ istehsalı olan "Glock" tapançalarına maraq daha çoxdur. Bu silahın qiyməti 3200 dollardan başlayır. Digər ən çox satılan silah isə Rusiya istehsalı "Makarov PM" tipli tapancadır. Onun qiyməti 1700 dollardan başlayır".

Qeyd edək ki, Yəmən Konstitusiyası vətəndaşların silah gəzdirməsinə qarşı heç bir qadağa tətbiq etmir. Ölkənin Konstitusiyasının odlu silah gəzdirmə ilə bağlı 9-cu maddəsində Yəmən vətəndaşlarının özlərini müdafiə üçün şəxsi tapança və tüfəngdən istifadə etmələrinə icazə verən müddəa əksini tapıb. 

Son xəbərlər

Orphus sistemi