​Yaponiyada zoopark filləri üçün şəffaf hovuz inşa edilib - VİDEO

​Yaponiyada zoopark filləri üçün şəffaf hovuz inşa edilib - VİDEO Bu, heyvanlara isti hava şəraitinin öhdəsindən gəlməkdə kömək edir
Maraqlı
17 İyul , 2015 06:18
​Yaponiyada zoopark filləri üçün şəffaf hovuz inşa edilib - VİDEO

Bakı. 17 İyul. REPORT.AZ/ Yaponiyada fəaliyyət göstərən zooparklardan birinin rəhbərliyi parkda saxlanılan fillər üçün şəffaf divarları olan 65 metrlik böyük hovuz inşa etdirib.

"Report" xəbər verir ki, bu yenilik həm turistlərə Fudzi dağlarının fonunda fillərin suda hərəkətlərini izləmək imkanı verir, həm də heyvanların sağlamlığına müsbət təsir göstərir.

Zoopark əməkdaşlarının sözlərinə görə, fillər çimdikdən sonra yüksək iştaha və oynaqlıq nümayiş etdirirlər. Çimən zaman heyvanların xortumları xaric tam olaraq suya dalması isə təqdirəlayiq haldır.

Son xəbərlər

Orphus sistemi