Yaponiyada sabunla yuyula bilən smartfon buraxılıb - VİDEO

Yaponiyada sabunla yuyula bilən smartfon buraxılıb - VİDEO Telefonun sensorlu displeyi hətta yaş vəziyyətdə də işləyir
Maraqlı
4 Dekabr , 2015 08:00
Yaponiyada sabunla yuyula bilən smartfon buraxılıb - VİDEO

Bakı. 4 dekabr. REPORT.AZ/ Yaponiyanın "Kyocera" şirkəti sabunla yuyula bilən "Digno Rafre" smartfonlarını istehsal edib.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, telefonun sensorlu displeyi hətta yaş vəziyyətdə də işləyir. Qacetin korpusu cızıqlara davamlıdır. Maraqlıdır ki, bu telefonların 2015-ci il dekabrın 10-dan başlayacaq satışı zamanı alıcılara rezin ördək formalı altlıq təklif ediləcək.

Cihaz "Android 5.1" əməliyyat sistemi ilə işləyir. Smartfon 13 meqapikselli kamera, 1280x720 pikselli əsas ekran, 5 düym diaqonallı displey ölçüsünə malikdir. Daxili batareya gücü 3000 milliamper-saatdır.

Son xəbərlər

Orphus sistemi