Yaponiyada hava proqnozunu əyani şəkildə göstərən cihaz yaradılıb - FOTO

Yaponiyada hava proqnozunu əyani şəkildə göstərən cihaz yaradılıb - FOTO "Tempescope"nin satışı 200 dollardan başlayan qiymətlə planlaşdırılır
Maraqlı
1 Oktyabr , 2015 20:46
Yaponiyada hava proqnozunu əyani şəkildə göstərən cihaz yaradılıb - FOTO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Yapon şirkəti olan "Tempescope" hava şəraitini əyani olaraq göstərmək bacarığına malik qeyri-adi meteostansiyanın layihəsinin tamamlandığı haqqında məlumat yayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, meteostansiya funksiyasını yerinə yetirən sözügedən yüksək texnologiyalı qacet smartfondakı proqram vasitəsilə hava haqqında məlumatı əldə edir və onu displeydə deyil, canlı olaraq xüsusi şəffaf bölmədə əks etdirir.

Hava şəraitindən asılı olaraq "Tempescope" yağış, buludlar və hətta ildırım işığını da göstərmək bacarığına malikdir.

Hazırda yaponiyalılar meteostansiyanın seriyalı istehsalı üçün vəsait toplamaq məqsədilə Kraudfandinq kampaniyasını işə salmaq niyyətindədirlər. "Tempescope"nin satışı 200 dollardan başlayan qiymətlə planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi