Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bayrağa tələbat artıb

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bayrağa tələbat artıb Bayraq istehsalçıları tələbatı qarşılamaq üçün tam gücü ilə işləsə də, ancaq parça sarıdan problem yaranıb
Maraqlı
22 İyul , 2016 15:15
Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bayrağa tələbat artıb

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bayrağa tələbat artıb. 

"Report" "Anadolu"ya istinadın xəbər verir ki, buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bütün ölkə boyu xalqın gecə-gündüz küçə və meydanlarda demokratiya mitinqi keçirməsidir. 

Məlumata görə, bayraq istehsalçıları tələbatı qarşılamaq üçün tam gücü ilə işləsə də, ancaq parça sarıdan problem yaranıb. 

Bundan başqa, ölkə prezidentinin portretlərinə də tələbat artıb. 

Son xəbərlər

Orphus sistemi