Türkiyədə depilyator kreminə verilən ad ciddi narazılığa səbəb olub

Türkiyədə depilyator kreminə verilən ad ciddi narazılığa səbəb olub Hazırda Türkiyə Patent İnstitutundan məhsulun "Avanos" adına hər hansı reyestrinin olub-olmadığı araşdırılır
Maraqlı
25 İyul , 2015 04:51
Türkiyədə depilyator kreminə verilən ad ciddi narazılığa səbəb olub

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə depilyator kreminin rayonun adı ilə satışa çıxarılması ciddi narazılığa səbəb olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən Avanos rayon bələdiyyəsi vətəndaşların şikayəti əsasında firma haqqında məhkəmə iddiası qaldıracaq.

Avanos rayon bələdiyyəsinin sədri İsmət İncə bildirib ki, çanaqçılığı ilə məşhur rayonunun Qızılirmaq ətrafındakı köhnə evlərdən ibarət quruluşu hər il yüzlərlə yerli və xarici turisti cəlb edir: "Bu baxımdan vətəndaşla turizmdə önəmli yeri olan rayonun adının depilyator kremi brendi kimi təqdim olunmasından narahat olublar. Rayonun adından istifadə edilərək açılan bir internet saytında heç bir firma və səlahiyyətli adı olmadan satılan kremə rayonumuzun adı verilib. Telefonlara da məsulların əvəzinə, satıcılar cavab verir. Hazırda Türkiyə Patent İnstitutundan məhsulun "Avanos" adına hər hansı reyestrinin olub-olmadığı araşdırılır. "Avanos" adının ticarət markasına çevrilməsi səbəbindən məsələ Avanos bələdiyyəsi tərəfindən məhkəmə yolu ilə həll ediləcək. Məhsul reyestri hansısa şəxs və ya firmaya məxsus olsa, proses ona uyğun olaraq keçiriləcək". 

Son xəbərlər

Orphus sistemi