Bakı. 16 dekabr. REPORT.AZ/ "Cümhuriyət" qəzetinin yazarı Cüneyt Arcayürek yazılarından birində "insan haqlarına həmlə" ifadəsi işlətdiyi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tərəfindən məhkəməyə verilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ə.Ərdoğan məhkəmə prosesini udub.
O, məhkəmənin qərarı ilə "Cümhuriyət" qəzeti və C.Arcayürekdən 3 min lirə mənəvi təzminat qazanıb.
Məhkəmədə C.Arcayüreyin Ə.Ərdoğanı təhqir etdiyi sübut olunub.
Qeyd edək ki, Ə.Ərdoğan iddia ərizəsində qəzetdən və yazardan 50 min lirə mənəvi təzminat istəmişdi.