​Tovuz sakini düzəltdiyi təsbehlə "Rekordlar kitabı"na düşmək istəyir - FOTO

​Tovuz sakini düzəltdiyi təsbehlə "Rekordlar kitabı"na düşmək istəyir - FOTO Təsbehin uzunluğu 10 metr, çəkisi 4 kiloqramdır
Maraqlı
13 Yanvar , 2016 00:47
​Tovuz sakini düzəltdiyi təsbehlə Rekordlar kitabına düşmək istəyir - FOTO

Bakı. 13 yanvar. REPORT.AZ/ Tovuz sakini uzunluğu 10 metr, çəkisi isə 4 kiloqram olan təsbeh düzəldib.

"Report" xəbər verir ki, 58 yaşlı Qəzənfər Nəcəfov bu işə 2 ilə yaxın vaxt sərf edib.

O, bunu kiçik təsbehlərin muncuqlarını toplayaraq düzəldib. Əl işinin ərsəyə gəlməsində 2 min muncuqdan, eləcə də kəhrəba, farfor, ebonit və digər qiymətli daşlardan istifadə olunub. Təsbehə 500 manatdan artıq xərc çəkilib. Müəllif təsbehi satış üçün nəzərdə tutmayıb.

Qəzənfər Nəcəfov düzəltdiyi böyük təsbehlə "Ginnesin Rekordlar Kitabı"na düşə biləcəyinə ümid edir.

Son xəbərlər

Orphus sistemi