Tereza ana sentyabr ayında müqəddəs simalar sırasına daxil ediləcək

Tereza ana sentyabr ayında müqəddəs simalar sırasına daxil ediləcək Roma Papası Fransisk kanonizasiya haqqında müvafiq sərəncam imzalayıb
Maraqlı
15 Mart , 2016 15:54
Tereza ana sentyabr ayında müqəddəs simalar sırasına daxil ediləcək

Bakı. 15 mart. REPORT.AZ/ Roma Papası Fransisk bu gün Nobel sülh mükafatı laureatı olan Tereza ananın sentyabrın 4-də müqəddəs simalar sırasına daxil edilməsiylə bağlı dekret imzalayıb.

"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd edək ki, alban əsilli Tereza ana (Anyeza Qonce Boyaciu) 1910-cu ildə Skopyedə (Makedoniya) anadan olub, uzun illər Hindistanda yaşayıb və orada «Missioner Məhəbbət Bacıları» qadın rahibə konqreqasiyasını yaradıb. Tereza ananın yaratdığı 517 missiya 100 ölkədə fəaliyyət göstərir. Rahibə 1997-ci ildə Kəlküttədə vəfat edib.

Son xəbərlər

Orphus sistemi