İraqın sabiq xarici işlər nazirinin cəsədi oğurlanıb

İraqın sabiq xarici işlər nazirinin cəsədi oğurlanıb Bağdadın havalimanında son anda məlum olub ki, Tariq Əzizin cəsədi yoxa çıxıb
Maraqlı
12 İyun , 2015 04:45
İraqın sabiq xarici işlər nazirinin cəsədi oğurlanıb

Bakı. 12 İyun. REPORT.AZ/ 2010-cu ildə ömürlük həbs cəzasına məhkum edilən İraqın sabiq xarici işlər naziri Tariq Əziz ötən gün həbsxanada vəfat etdikdən sonra onun ailə üzvləri cəsədi dəfn etmək üçün İordaniyanın paytaxtı Əmmana aparmaq istəyiblər.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Bağdadın beynəlxalq havalimanında son anda məlum olub ki, T.Əzizin cəsədi oğurlanıb.

Cəsədin kimlər tərəfindən və hansı məqsədlə oğurlandığı hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi