Bakı. 9 may. REPORT.AZ/ "Formula-1"in yeddiqat çempionu Mixael Şumaherin həyat yoldaşı Korinna Şumaher idmançının 25 milyon funt dəyərində olan şəxsi təyyarəsini və Norveçdəki bağ evini satıb.
"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, yarışçını müalicə edən həkimlər Şumaherin tam olaraq sağalması ehtimalının az olduğu qənaətinə gəliblər və bu, onun həyat yoldaşının təyyarə və bağ evinə artıq ehtiyac duymayacağı barədə qərar qəbul etməsinə rəvac verib.
Mixael Şumaher 29 dekabr 2013-cü ildə dağ xizəyi idmanı ilə məşğul olarkən ağır zədə alıb.