Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü qeyd edilir

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü qeyd edilir Sovet hərbi qulluqçularından ibarət sonuncu dəstə sərhədi 1989-cu il fevralın 15-də keçib
Maraqlı
15 Fevral , 2015 15:27
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümü qeyd edilir

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyada sovet ordusunun Əfqanıstandan çıxmasının 26-cı ildönümü qeyd olunur.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, tədbir bir neçə şəhərdə - Moskva, Sankt-Peterburq, Penza, Saxalin, Barnaul, Permdə təşkil olunub.

Sovet ordusu Əfqanıstana 1979-cu ildə girib. 9 il ərzində 600 min sovet əsgəri orada döyüşüb, 15 mindən çox sovet əsgəri, müxtəlif məlumatlara görə 2 milyon əfqan ölüb. Təxminən 200 sovet əsgəri barədə məlumat yoxdur, onlar itkin hesab olunur.

1988-ci ildə Cenevrədə əldə olunan konfliktin həllinə dair razılaşmadan sonra SSRİ Əfqanıstandan ordusunu çıxarmağa başlayıb. Sovet hərbi qulluqçularından ibarət sonuncu dəstə sərhədi 1989-cu il fevralın 15-də keçib.

Son xəbərlər

Orphus sistemi