​Səddam Hüseynin edam olunduğu avadanlıq 7 mln. dollara satılacaq

​Səddam Hüseynin edam olunduğu avadanlıq 7 mln. dollara satılacaq Avadanlıq hazırda İraqın keçmiş milli təhlükəsizlik müşaviri Müvəffəq əl-Rübayidədir
Maraqlı
9 Fevral , 2015 06:28
​Səddam Hüseynin edam olunduğu avadanlıq 7 mln. dollara satılacaq

Bakı. 9 fevral. REPORT.AZ/ İraq diktatoru Səddam Hüseynin edam edilərək asıldığı kəndir 7 milyon dollara satıla bilər.

“Report” “The Daily Mail”ə istinadən xəbər verir ki, hazırda bu artefakta görə belə böyük bir məbləğ təklif olunur.

Avadanlıq indi İraqın keçmiş milli təhlükəsizlik müşaviri Müvəffəq əl-Rübayidədir (Səddamı edama məhz o aparıb).

Nəşrin məlumatına görə, kolleksiyaçılar ondan edam vasitəsini almaq uğrunda əsl “mübarizə”yə girişiblər. Hərracda iki küveytli iş adamı, İsraildən bir dövlətli ailə və İranın dini təşkilatı iştirak edir.

Son xəbərlər

Orphus sistemi