​Şanxayda dağa bənzər göydələn inşa olunacaq

​Şanxayda dağa bənzər göydələn inşa olunacaq Layihə 2018-ci ilədək həyata keçiriləcək
Maraqlı
12 Yanvar , 2016 03:47
​Şanxayda dağa bənzər göydələn inşa olunacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ 2018-ci ilədək Çinin Şanxay şəhərində dağlar şəkilində yaşıl göydələn inşa ediləcək.

"Report" xəbər verir ki, obyektin developeri qismində "Heatherwick Studio" şirkəti çıxış edib.

Yaradıcıların fikrincə, layihə M50 art-məhəlləsi yaxınlığında 6 hektar ərazidə reallaşdırılacaq. Tikilinin ümumi sahəsi 300 min kv. metr təşkil edəcək.

O təbii ağaclarla örtüləcək 400 terraslı konstruksiyadan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi