​Rusiyada ovçu pələnglə mübarizədən sağ çıxıb

​Rusiyada ovçu pələnglə mübarizədən sağ çıxıb Zərərçəkən çoxsaylı sıyrıntı və körpücük sümüyünün sınığı xəsarəti alıb
Maraqlı
4 Fevral , 2015 08:26
​Rusiyada ovçu pələnglə mübarizədən sağ çıxıb

Bakı. 4 fevral. REPORT.AZ/ Xabarovsk vilayətinin Vyazemski rayonu ərazisində ovçu hücuma məruz qalıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, kişi qurduğu tələləri gözdən keçirən zaman qaban sürüsünü izləyən pələng ona hücum edib.

Zərərçəkən çoxsaylı sıyrıntı və körpücük sümüyünün sınığı xəsarəti alıb. Lakin o, özünü qışlağa çatdıra bilib.

Hazırda ovçu 1 saylı vilayət kliniki xəstəxanasındadır. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi