Romantik filmə baxanlar kökəlməyə daha çox meylli olur

Romantik filmə baxanlar kökəlməyə daha çox meylli olur Bu filmə baxanların 55 faizi kalorili qida qəbul edir
Maraqlı
5 Mart , 2015 15:56
Romantik filmə baxanlar kökəlməyə daha çox meylli olur

Bakı. 5 mart. REPORT.AZ/ Romantik filmə baxanlar kökəlməyə daha çox meylli olur. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, amerikalı alimlərin apardığı araşdırmalardan sonra bu qənaətə gəlinib.

Alimlərin fikrincə, romantik filmə baxanlar kalorisi çox olan qidalara (popkorn, çipsi, tum, coca-cola, şokolad və s.) üstünlük verirlər. Elm adamları ilk təcrübədə insanları həm romantik, həm də komediya filminə baxmağa sövq ediblər. Nəticədə komediya filminə baxanların 36 faizi kalorili qida qəbul ediblər. Romantik filmə baxanlarda isə göstərici (55 faiz) yüksək olub.

Xatırladaq ki, araşdırmaların nəticələri "JAMA Internal Medicine" jurnalında dərc olunub.

Qeyd edək ki, eyni jurnalda ötən il dərc olunan araşdırmaların birində döyüş filmlərini seyr edənlərdə kökəlmə riskinin daha çox olduğu bildirilmişdi. Bu cür filmləri izləyənlərin təxminən 65 faiz daha çox kalori aldıqları müəyyən edilmişdi.

Son xəbərlər

Orphus sistemi