​Rəssam Van Qoqun rəsmi 61,8 milyon dollara satılıb

​Rəssam Van Qoqun rəsmi 61,8 milyon dollara satılıb Digər əl işlərindən fərqli olaraq bu rəsm rəssamın sağlığında satılıb
Maraqlı
7 Noyabr , 2014 03:20
Bakı. 7 noyabr. REPORT.AZ/ Holland rəssam Vinsent Van Qoqun "Natürmort. Çobanyastığı və lalə vazası" Nyu-Yorkda keçirilən "Sothebys" hərracında 61,8 milyon dollara satılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, rəssamın ömrünün son illərində yaratdığı əsərin ilkin qiyməti 50 mln. dollar olub.

Hərrac təşkilatçılarının sözlərinə görə, rəsm əsəri adının açıqlanmasını istəməyən asiyalı investor tərəfindən alınıb.

Van Qoq "Çobanyastığı və lalə vazası" üzərində 1890-cı ilin iyununda, həkim dostu Pol Qaşenin Over-sür-Uaz şəhərciyindəki evində işləyib. Digər əl işlərindən fərqli olaraq bu rəsm rəssamın sağlığında satılıb.

Son xəbərlər

Orphus sistemi