Qanunsuz miqrant İsveçrəyə çamadanın içində gəlib

Qanunsuz miqrant İsveçrəyə çamadanın içində gəlib Mühacir və onun ortağı İtaliyaya geri göndərilib
Maraqlı
6 İyul , 2016 15:03
Qanunsuz miqrant İsveçrəyə çamadanın içində gəlib

Bakı. 6 iyul. REPORT.AZ/ Eritreyadan olan qanunsuz miqrant öz dostunun çamadanında gizlənərək İsveçrəyə gəlib. 

"Report" "The Sun"a istinadən xəbər verir ki, ortaqlar Milanda qatara minib və Böyük Britaniyaya yollanıb: "Onların planı demək olar baş tutub. Lakin yola düşdükdən 45 dəqiqə sonra kiçik çamadanda gizlənən hündürboylu kişi dözməyib və ağrıdan inildəməyə başlayıb. Qatarın sərnişinləri çamadandan gələn səsləri eşidib və haray salıblar". 

"İtaliya polisi qatarda qanunsuz miqrantlar səfər etdiyi müəyyənləşdirib və bu barədə isveçrəli həmkarlarını xəbərdar edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları çamadandakı şəxsi və onun dostunu İsveçrənin Kyasso şəhərindəki dayanacaqda saxlayıb. Miqrantlar İtaliyaya geri göndərilib", - deyə xəbərdə qeyd olunub.   

Son xəbərlər

Orphus sistemi