Oğlan uşağı sahibi olan anaların ürək xəstəliyinə tutulma riski daha çoxdur

Oğlan uşağı sahibi olan anaların ürək xəstəliyinə tutulma riski daha çoxdur Alimlər buna səbəb kimi oğlan uşaqlarının işləyən analarına evdə daha az kömək etməsi və daha çox problem yaratmalarını göstəriblər
Maraqlı
1 May , 2015 17:54
Oğlan uşağı sahibi olan anaların ürək xəstəliyinə tutulma riski daha çoxdur

Bakı. 1 may. REPORT.AZ/ Oğlan övlad sahibi olan işləyən qadınlarda ürək xəstəliklərinə tutulma riski daha çoxdur. "Report" xarici mətbuata istinadən xəbər verir ki, İtaliya alimləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.

İtalyan elm adamları 8 il ərzində çox işləyən və 60 faizinin ən azı bir oğlan övladı olan 100 mindən çox qadının sağlamlıq vəziyyətini araşdırıb. Oğlan uşağı olan işləyən anaların ürək xəstəliklərinə yoluxmaq və ürək çatışmazlığından ölmə riskinin qız uşağı sahiblərindən daha çox olduğu ortaya çıxıb.

Alimlər buna səbəb kimi oğlan uşaqlarının işləyən analarına evdə daha az kömək etməsi və daha çox problem yaratmalarını göstəriblər. Elm adamları qız uşaqlarının ev işlərində analarına kömək etməyə daha çox meylli olduğunu bildiriblər.

Qeyd edək ki, araşdırmanın nəticələri "Social Science&Medicine" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi