​Nyu-Yorkda 38 il əvvəl həbsdən qaçan şəxs yaxalanıb

​Nyu-Yorkda 38 il əvvəl həbsdən qaçan şəxs yaxalanıb Ailəsi 64 yaşlı Millerin əfv olunacağına ümid edir
Maraqlı
17 Fevral , 2015 00:30
​Nyu-Yorkda 38 il əvvəl həbsdən qaçan şəxs yaxalanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Nyu-York polisi 38 il qaçaq həyatı yaşayan 64 yaşlı kişini həbs edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Daily News" qəzeti yazıb.

Uolter Miller 1977-ci ildə Şimali Karolinada iki dəfə bank yarmağa cəhd etdiyi üçün 30 il həbs cəzası çəkməli olduğu türmədən qaçıb. O, həmin vaxtdan Nyu-Yorkun Bruklin rayonunda saxta ad altında yaşayıb. Qaçaq 1985-ci ildə ailə həyatı qurub və onun dörd övladı dünyaya gəlib.

O, yaxın günlərdə məhkəmə qarşısına çıxacaq və cəzasını çəkməsi üçün onun Şimali Karolinaya göndərilməsi məsələsinə baxılacaq. Millerin həyat yoldaşı və uşaqları ştat rəhbərliyinin onu əfv edəcəyinə ümid bəsləyirlər.

Qanun keşikçilərinin bu qədər müddətdən sonra hansı şəkildə qaçağın izinə düşdükləri məlum deyil. 

Son xəbərlər

Orphus sistemi