NASA Yerin asteroidlə toqquşması təhlükəsi haqqında şayiələri təkzib edib

NASA Yerin asteroidlə toqquşması təhlükəsi haqqında şayiələri təkzib edib Məlum potensial təhlükəli asteroidlərin yaxın yüz il ərzində Yerlə toqquşma şansı 0,01%-dən azdır
Maraqlı
22 Avqust , 2015 00:37
NASA Yerin asteroidlə toqquşması təhlükəsi haqqında şayiələri təkzib edib

Bakı. 22 avqust. REPORT.AZ/ NASA sentyabrın 15-28-də Yerin asteroidlə toqquşması və böyük dağıntıların olması haqqında şayiələri təkzib edib. "Report" RBK-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında deyilir. 

Bir müddət əvvəl bloqosferdə belə bir məlumat yayılıb ki, göy cismi və planetin toqquşması nəticəsində Atlantikadan başlayaraq Meksika və ABŞ sahillərinədək ərazi, eləcə də Mərkəzi və Cənubi Amerika dağılacaq. 

"Asteroid və ya istənilən başqa göy cisminin bu tarixdə Yerlə təmas edəcəyi haqda heç bir elmi əsas, dəlil yoxdur", - NASA mütəxəssisi Pol Xodas bildirib. 

Yerə yaxınlaşan obyektlərə müşahidə üzrə proqramın məlumatına görə, yaxın gələcəkdə Yerlə toqquşa biləcək heç bir asteroid və ya komet hazırda yoxdur. Məlumatda deyilir ki, məlum potensial təhlükəli asteroidlərin yaxın yüz il ərzində Yerlə toqquşma şansı 0,01%-dən azdır. 

Son xəbərlər

Orphus sistemi