​Milad bayramını "korlamaq" istəməyən şəxs oğurladığı oyuncaqları geri qaytarıb

​Milad bayramını "korlamaq" istəməyən şəxs oğurladığı oyuncaqları geri qaytarıb Ev sahibləri qarətdən xəbər tutduqdan, oğruya müraciət ünvanlayıblar
Maraqlı
14 Dekabr , 2014 16:06
​Milad bayramını korlamaq istəməyən şəxs oğurladığı oyuncaqları geri qaytarıb

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın Kolorado ştatında bir nəfər ev üçün nəzərdə tutulan Milad dekorasiyalarını oğurlayıb, lakin sonradan etdiyinə peşman olaraq onları öz sahiblərinə qaytarıb.

"Report"un məlumatına görə, ev sahibləri dekorasiyaların oğurlandığından xəbər tutduqdan sonra, həyətə aşağıdakı sözlərin yazıldığı plakat vurublar:

"Milad oyuncaqlarını oğurlayanlara: Uşaqlarımız çox məyus olublar. Bunu yalnız Santa Klausdan xəbərsiz olan şəxs edə bilər".

Növbəti gün oyuncaq və bəzək əşyaları geri qaytarılıb və onların üzərində məktub olub: "Mən yaxşı adam deyiləm".

Son xəbərlər

Orphus sistemi