​Maradona 24 yaşlı nişanlısı ilə kəbinini Roma Papasının kəsməsini istəyir

​Maradona 24 yaşlı nişanlısı ilə kəbinini Roma Papasının kəsməsini istəyir Keçmiş futbolçu 25 illik həyat yoldaşı Klaudiya Vilyafanya ilə boşanmaya dair işləri başa çatdırıb
Maraqlı
3 Sentyabr , 2015 12:52
​Maradona 24 yaşlı nişanlısı ilə kəbinini Roma Papasının kəsməsini istəyir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Argentina millisinin keçmiş futbolçusu və baş məşqçisi Dieqo Maradona nişanlısı ilə kəbinini Roma Papasının kəsməsini istəyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı Maradonanın 24 yaşlı nişanlısı Rosio Olive ilə toyu bu il dekabrın 13-də Romada keçiriləcək. Yeni cütlüyün yaxınları toya hazırlığın başa çatdığını bildiriblər.

Keçmiş futbolçu 25 illik həyat yoldaşı Klaudiya Vilyafanya ilə boşanmaya dair işləri başa çatdırıb.

Qeyd edək ki, Maradona hesabından 8,8 milyon dolların itməsində birinci xanımını günahlandırıb. Bu şübhəyə isə Klaudiya Vilyafanyanın Mayamidə 2 milyon dollarlıq daşınmaz əmlakının, Uruqvay banklarındakı hesabında isə 3 milyon dollar pulun olması əsas verir.

Xatırladaq ki, Roma Papası Fransisk argentinalıdır. O, futbol azarkeşidir. Uzun illərdir Argentinanın "San-Lorenso" futbol klubunun tərəfkeşidir. 

Son xəbərlər

Orphus sistemi