​Lüksemburqun baş naziri eynicinsli nikaha daxil olub

​Lüksemburqun baş naziri eynicinsli nikaha daxil olub Ksavye Bettel belçikalı memar ilə münasibətlərini rəsmiləşdirib
Maraqlı
15 May , 2015 22:29
​Lüksemburqun baş naziri eynicinsli nikaha daxil olub

Bakı. 15 may. REPORT.AZ/ Lüksemburq hökumətinin başçısı Ksavye Bettel Avropa İttifaqında eynicinsli nikaha daxil olan ilk hökumət lideri olub.

"Report" xəbər verir ki, 42 yaşlı baş nazir 2010-cu ildə tanış olduğu belçikalı memar Qotye Destene ilə münasibətlərini rəsmiləşdirib.

Bu yaxınlara qədər isə onlar vətəndaş nikahında yaşayıblar.

Lüksemburq şəhər meriyasının binasında baş tutan mərasimdə təqribən 100-ə yaxın qonaq, o cümlədən Belçikanın baş naziri Şarl Mişel də iştirak edib.

Son xəbərlər

Orphus sistemi