Londonda "səma" hovuzu tikiləcək - FOTO

Londonda "səma" hovuzu tikiləcək - FOTO Hovuz iki qonşu binanı birləşdirəcək və həqiqi mənada havada asılı qalacaq
Maraqlı
22 Avqust , 2015 03:41
Londonda səma hovuzu tikiləcək - FOTO

Bakı. 22 avqust. REPORT.AZ/ Londonda "Bettersi" elektrik stansiyasının yaxınlığında iki qonşu binanı birləşdirəcək və həqiqi mənada havada asılı qalacaq hovuz tikiləcək. Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Hovuz 20,5 sm qalınlığında şüşədən düzəldiləcək və 35 metr hündürlükdə yerləşəcək. 25 metr uzunluğu olan qurğu "Embassy Gardens Legacy Buildings" yaşayış kompleksinin iki binasını birləşdirəcək. Hovuzun eni təxminən 5 metr, dərinliyi isə 3 metr olacaq. 

"Səma" hovuzunun dizaynı ilə "Arup Associates" firması məşğul olur, işə akvarium dizaynı üzrə mütəxəssislər cəlb olunub. 

"HAL Architects" tikinti şirkəti hovuzu 2017-ci ildə açmağı və onu Londonun turist mərkəzlərindən birinə çevirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi