Kaliforniya sahili yaxınlığında batan gəmi 113 ildən sonra tapıldı

Kaliforniya sahili yaxınlığında batan gəmi 113 ildən sonra tapıldı Çindən ABŞ-a gedən gəmidə 210 sərnişin və heyət üzvü varmış
Maraqlı
13 Dekabr , 2014 02:23
Kaliforniya sahili yaxınlığında batan gəmi 113 ildən sonra tapıldı

Bakı. 13 dekabr. REPORT.AZ/ Kaliforniya ştatında yerləşən San-Fransisko körfəzində 1901-ci il fevralın 22-də batan “Rio de Janeyro” adlı sərnişin gəmisinin qalıqları tapılıb.

"Report" xəbər verir ki, kapitan Uilyam Uardın səhvi nəticəsində qəzaya uğramış və üzəri qalın gil qatı örtülmüş gəmi batiskafın köməyii lə San-Fransiskodan cəmi bir kilometr aralıda, dənizin 87 metr dərinliyində aşkarlanıb.

Qeyd edək ki, Çindən ABŞ-a gedən gəmidə 210 sərnişinvə heyət üzvü varmış. Onun qayalara çırpılaraq 10 dəqiqə ərzində batması 128 nəfərin ölümünə səbəb olmuşdu. Qəzadan yalnız 82 nəfər salamat qurtara bilmişdi.

Son xəbərlər

Orphus sistemi