​İtaliyada siqaret kötüyünü yerə atanlar 300 avro cərimə olunacaq

​İtaliyada siqaret kötüyünü yerə atanlar 300 avro cərimə olunacaq Saqqızı yerə tullayanları isə 30 avro cərimə gözləyir
Maraqlı
29 Dekabr , 2015 06:10
​İtaliyada siqaret kötüyünü yerə atanlar 300 avro cərimə olunacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ İtaliya parlamentariləri ictimai yerləri zibilləyən şəxslərə qarşı tədbirlərin sərtləşdirilməsi ideyasını dəstəkləyiblər.

"Report" "The Local" nəşrinə istinadən xəbər verir ki, siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro məbləğində cərimə ediləcəklər.

Eyni zamanda saqqızı yerə tüpürüb atanlar 30 avro, bir istifadəlik stakanları zibil qutularına məhəl qoymadan yerə tullayanları isə 150 avro cərimə gözləyir.

Cərimələrdən əldə olunacaq vəsaitin velosiped dayanacaqlarının abadlaşdırılması və zibilin toplanması üzrə texnologiyaların tətbiqinə sərf olunacağı gözlənilir.

Nəşr yazır ki, parlament tərəfindən qəbul olunan qarar yerli idarəetmə orqanlarının üzərinə mümkün qədər çox zibil qutusu və külqabı quraşdırmaq öhədəliyi qoyur.

Son xəbərlər

Orphus sistemi