İspanlar Pasxa tətillərində ölkə daxilində səyahətə üstünlük verirlər

İspanlar Pasxa tətillərində ölkə daxilində səyahətə üstünlük verirlər İspaniyada "Santa semana" adlanan bayram həftəsi başlayır
Maraqlı
24 Mart , 2016 05:47
İspanlar Pasxa tətillərində ölkə daxilində səyahətə üstünlük verirlər

Bakı. 24 mart. REPORT.AZ/ Martın 24-dən başlayaraq İspaniyada "Santa semana" adlanan bayram həftəsi başlayır. Katolik kilsəsinin müqəddəsləri ilə bağlı bu bayram günlərindən sonra Pasxa bayramı gəlir. Bu dövr İspaniyada iş günləri deyil. Trivago.es portalının hesabatına görə, tətil günlərində ispanlar əsasən ölkə daxilində səyahət edəcəklər.

Rəqəmlər göstərir ki, bayram günlərində İspaniyaya 55 ölkədən turist axını olacaq. Bu ölkəni əsasən ingilislər, almanlar, fransızlar və danimarkalılar seçirlər. Ən populyar şəhərlər isə Madrid, Barselona və Sevilyadır.

Son xəbərlər

Orphus sistemi