Bakı. 10 mart. REPORT.AZ/ İŞİD qruplaşmasnın bütün sosial şəbəkələrdə akkauntlarının bağlanması onun tərəfdarlarının şəxsi sosial internet resursu olan "Сaliphate book" yaratmasına səbəb olub. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir.
Saytın kimin tərəfindən yaradılması və nə qədər istifadəçinin qeydiyyatdan keçməsi hələlik məlum deyil.
Saytın özü isə fəaliyyətə başladığı gündən əlçatmaz olub.
Saytın məlumatında deyilir ki, o, istifadəçiləri haqqında məlumatı qorumaq və onların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq fəaliyyətini dayandırıb.