​İnsan başının donor bədəninə köçürülməsi əməliyyatına hazırlıq işləri başa çatıb

​İnsan başının donor bədəninə köçürülməsi əməliyyatına hazırlıq işləri başa çatıb Başköçürmə əməliyyatının 36 saat çəkəcəyi gözlənilir
Maraqlı
20 Yanvar , 2016 01:22
​İnsan başının donor bədəninə köçürülməsi əməliyyatına hazırlıq işləri başa çatıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Cərrahlar insan başının donor bədəninə köçürülməsi əməliyyatına hazırlıq işlərini başa çatdırıblar. Heyvanlar üzərində ilkin təcrübə uğurlu hesab olunub.

"Report" xəbər verir ki, bu barədə italiyalı neyrocərrah Serco Kanavero TASS-a bildirib.

Mütəxəssis Rusiyada bu əməliyyatın ABŞ-da olduğu kimi 100 milyon dollara deyil, 20 mln. dollara başa gələ biləcəyinə ümid etdiyini diqqətə çatdırıb. İtaliyalı bu fərqi Rusiyada uyğun tibbi strukturların olması ilə izah edib və onlarla artıq əlaqə qurulduğunu söyləyib.

Kanaveronun pasienti olmaq arzusunu isə rusiyalı proqramçı Valeri Spiridonov bəyan edib. O anadangəlmə kürək əzələ artofiyasından əziyyət çəkir. Spiridonov ölüm riskinin olmasına baxmayaraq, əməliyyata razılıq verib.

Başköçürmə əməliyyatının 36 saat çəkəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi