​İngiltərədə turistlərə zooparkda nömrələr təklif olunur

​İngiltərədə turistlərə zooparkda nömrələr təklif olunur Oteldə bir gecə qalmaq 1500 aroya qədərdir
Maraqlı
31 Oktyabr , 2015 05:30
​İngiltərədə turistlərə zooparkda nömrələr təklif olunur

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bristol zooparkı (Cənubi İngiltərə) turistlərə ekzotik xidmət göstərməyə başlayıb.

"Report" xəbər verir ki, "The Lodge" adlı iki yataq otağı olan mehmanxana dünyanın ən qədim heyvanat bağının ərazisində yerləşir.

Rəhbərlik qeyd edir ki, "The Lodge" bu qəbildən olan ilk oteldir.

Heyvanat parkı ziyarətçilər üçün bağlandıqdan sonra şəxsi gid otel qonaqları üçün ekskursiya təşkil edir. Ekskursiya zamanı onlar pinqvin və meymunlarla tanış olur, həmçinin suitilərin, qırmızı panda və şirlərin yemlənməsi prosesində iştirak edirlər. Qonaqlar şam yeməyi zamanı eyvandan sudonuzu, tapir və begemotları izləyə, növbəti səhər isə surikatları öz əlləri ilə yemləyə biləcəklər.

Lakin xidmət heç də ucuz deyil. "The Lodge"də qalmaq bir gecə üçün 750-1050 funt sterlinq arasında (1040-1460 avro) dəyişir.

Son xəbərlər

Orphus sistemi