​Hollandiyada onlarla insan bayquş hücumlarının qurbanı olub

​Hollandiyada onlarla insan bayquş hücumlarının qurbanı olub Bu davranış onların insanlara qida obyekti kimi baxması ilə izah edilir
Maraqlı
28 Fevral , 2015 02:28
​Hollandiyada onlarla insan bayquş hücumlarının qurbanı olub

Bakı. 28 fevral. REPORT.AZ/ Hollandiyada onlarla yerli sakin onlara hücum edən bayquşların qurbanı olub.

"Report" xəbər verir ki, onlar sutkanın qaranlıq vaxtları xüsusi fəallıq nümayiş etdirirlər.

Məlumata görə, bayquşların hücumları nəticəsində, bir neçə sakin yüngül xəsarət alıb. Lakin bir kişinin başına həkimlər tikiş atmalı olublar.

Alimlərin fikrincə, bu davranış onunla izah edilir ki, bayquşlar insanlardan asılı vəziyyətdə böyüyüblər və indi onlara qida gözü ilə baxırlar.

Yerli hakimiyyət orqanları bu barədə tədbir görüncə isə, insanlar çətir, kaska və xəz papaqlarla bayquşlardan qorunurlar.

Son xəbərlər

Orphus sistemi