​Hind okeanında köpək balığı 13 yaşlı sörfinqçini parçalayıb

​Hind okeanında köpək balığı 13 yaşlı sörfinqçini parçalayıb Yırtıcı şikarını özü ilə okeana çəkib aparıb
Maraqlı
14 Aprel , 2015 02:21
​Hind okeanında köpək balığı 13 yaşlı sörfinqçini parçalayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Hind okeanının Reyunyon adası sahilində Fransadan olan 13 yaşlı sörfinqçi köpək balığının qurbanı olub.

"Report" "The Daily Mirror"a istinadən xəbər verir ki, Elio Kanestri adlı yeniyetmə köpək balıqlarının hücum etmə riskinin artması səbəbindən üzmək üçün qadağan olunan ərazidə lövhə üzərində məşq edirmiş.

Oğlan hadisə baş verən zaman sahildən 15 metr aralıda olub. Yırtıcı balıq sörfinqçinin qollarını və ayaqlarını qoparıb, qarın hissəsini parçalayıb, daha sonra onu özü ilə okeana çəkib aparıb.

Fransanın Sörfinq Federasiyası hadisə ilə bağlı başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi