Hesabat: Dünyada varlılar və yoxsullar arasında uçurum artır

Hesabat: Dünyada varlılar və yoxsullar arasında uçurum artır Qərargahi Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yeni hesabatı açıqlanıb
Maraqlı
9 Dekabr , 2014 23:12
Hesabat: Dünyada varlılar və yoxsullar arasında uçurum artır

Bakı. 9 dekabr. REPORT.AZ/ Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş bəzi ölkələrində iqtisadi bərabəsizlik son 30 ildə ən yüksək həddə çatıb.

"Report"-un Amerikanın Səsi-nə istinadən verdiyi xəbərə görə, qərargahi Parisdə yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bu gün açıqladığı hesabatda deyilir ki, dünyanın 34 ölkəsində əhalinin 10 faizini təşkil edən ən zəngin insanlar ən yoxsul 10 faizlə müqayiəsdə 9,5 dəfə çox gəlir əldə edir. 1980-cı illərdə varlılar və yoxsullar arasında gəlir 7 faizin 1 faizə nisbəti arasında idi.

Birləşmiş Ştatlar, Yaponiya və Avropanın inkişaf etmiş ölkələrinin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı iqtisadi bərabərsizliyin artmasının iqtsadi inkişafa olduqca mənfi təsir göstərdiyini açıqlayıb. Təşkilat bildirib ki, iqtisadi inkişafa ən böyük təsir göstərən amillərdən biri cəmiyyətin digər təbəqələrinə nisbətən orta sinfin aşağı təbəqəsi ilə yoxsul təbəqə arasında uçurumun artmasından ibarətdir.

Hesabatda varlılar və yoxsullar arasında fərqin artması ilə yoxsul ailələrindən çıxmış uşaqların təhsil, sosial və professional inkişaf etmək imkanlarının məhdudlaşdırılmasına gətirib çıxardığı qeyd edilib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bildirib ki, iqtisadi bərabəsizliyin azaldılması üçün dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələri təhsilə daha artıq vəsait qoymalı, vergilər və başqa transferlər vasitəsilə gəlirlərin bərabər bölüşdürülməsinə çalışmalıdır. Qurum yaxşı təşkil edilib, hədəflərin müəyyən edildiyi və həyata keçirildiyi halda gəlirlərin bərabər bölüşdürülməsi siyasətinin iqtisadi inkişafa yardım edə biləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi