Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər

Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər "Yay aylarında telefon qoburlarından istifadə etmək olmaz"
Maraqlı
24 Avqust , 2016 15:27
Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər

Bakı. 24 avqust. REPORT.AZ/ İsti havada telefonlarda qobur və örtüklərdən istifadə olunması onların partlamasına səbəb ola bilər.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Akdeniz Universitetinin Mühəndislk fakültəsinin professoru Şükrü Özən deyib.

O bildirib ki, qobur və örtüklər istiliyi saxlayır və elektrik cihazlarında istiliyin dağılmasına mane olur. Bu da cihazın partlamasına gətirib çıxara bilər: "Havanın temperaturu yüksək olduğu aylarda elektrik cihazları, telefonlar işləyərkən daha da qızır. İsti havada telefonları pəncərə önünə, avtomobilin içində günəşin qızdırdığı yerlərə qoymaq olmaz".

Yay aylarında telefonların partlama hallarının tez-tez baş verdiyini bildirən professor, cihazların batereyasının azalmasının onların istiliyinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib.

O, yayda xüsusilə, hamilə qadınların və uşaqların telefondan istifadə etmə müddətinə diqqət edilməsinin vacibliyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi