Amerikalı alimlər prostat xərçənginin müalicəsi üçün yeni üsul tapıblar

Amerikalı alimlər prostat xərçənginin müalicəsi üçün yeni üsul tapıblar Alimlər gəzintiyə ilk günlər 5-10 dəqiqə vaxt sərf etməklə bu müddətin mərhələli olaraq artırılmasını təklif ediblər
Maraqlı
22 Aprel , 2015 17:57
Amerikalı alimlər prostat xərçənginin müalicəsi üçün yeni üsul tapıblar

Bakı. 22 aprel. REPORT.AZ/ Həftədə cəmi üç saat sürətli gəzinti prostat xərçəngindən müalicə olunan xəstələrin şikayətlərini azaldır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, amerikalı elm adamları bu qənaətə gəliblər.

Alimlər adıçəkilən xəstəlikdən müalicə olunan 51 mindən çox insanın test nəticələrini təhlil ediblər. Nəticədə məlum olub ki, həftədə üç saat gəzən xəstələrdə müalicədən sonra tez-tez rast gəlinən yorğunluq, depressiya, artıq çəki və sidik qaçırma kimi şikayətlər əhəmiyyətli dərəcədə azalıb. Alimlər onu da qeyd ediblər ki, sürətli gəzinti, üzgüçülük, velosiped sürmək, tennis oynamaq xəstəliklə mübarizədə effektiv vasitədir.

Alimlər gəzintiyə ilk günlər 5-10 dəqiqə vaxt sərf etməklə bu müddətin mərhələli olaraq artırılmasını təklif ediblər.

Qeyd edək ki, araşdırmanın nəticələri "Journal of Cancer Survivorship: Research and Practice" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi