“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verib

“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verib Real vaxt rejimində təhlükələrin kataloqlaşdırılmasını sadələşdirmək üçün istifadə olunan sistem əsasında hazırlanıb
Maraqlı
12 Fevral , 2015 21:01
“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verib

Bakı. 12 fevral. REPORT.AZ/ “Facebook” kibertəhlükəsizlik sahəsində çalışan peşəkarlar üçün “ThreatExchange” sosial şəbəkəsini istifadəyə verib.

"Report" "Gazeta.ru" saytına istinadən məlumat verir ki, şəbəkə istifadəçilərin kiberhücumlara səbəb ola biləcək təhlükələr haqqında məlumatları bölüşmələri üçün təklif olunan platformadır.

Şirkət nümayəndəsi Mark Hemmel bildirib ki, "ThreatExchange" platforması şirkət daxilində real vaxt rejimində təhlükələrin kataloqlaşdırılmasını sadələşdirmək üçün istifadə olunan sistem əsasında hazırlanıb.

"Facebook" “Yahoo” və “Pinterest” kimi bir çox texnologiya şirkəti ilə əməkdaşlıq edərək, bu sahədə fəaliyyətini gücləndirir.

Qeyd edək ki, yeni layihənin istifadəyə verilməsi "Facebook"un öz fəaliyyətini genişləndirməyə çalışdığı bir dövrə təsadüf edir. Şirkət bundan əvvəl peşəkarlar üçün “Facebook at Work” proqramı və saytını hazırlayıb.

Son xəbərlər

Orphus sistemi